BMW Sauber: İrəliyə doğru addım

BMW Sauber komandası İspaniya Qran Prisinə hazırladığı yenilənmiş maşına böyük ümidlər bəsləyirdi. Komanda F1.09-a mövsümün ilk yarışlarında dəyişiklər etməmişdi və […]

BMW Sauber komandası İspaniya Qran Prisinə hazırladığı yenilənmiş maşına böyük ümidlər bəsləyirdi. Komanda F1.09-a mövsümün ilk yarışlarında dəyişiklər etməmişdi və Avropanın ilk yarışına kompleks yenilənmə planlaşdırmışdı. Amma yenilikləri hələ tam öyrənmək lazımdır, bu gün səhər Robert Kubitsa və Nik Haydfeld sürətli olsalar da, nahardan sonra cədvəlin sonuna yuvarlanıblar…

Villi Rampf: “Biz Barselonaya yeni aerodinamika gətirmişik və bu gün diqqətimizi optimal sazlanmaların axtarışına yönəltmişik. İlkin qiymətlənidrmə ondan xəbər verir ki, biz irəliyə doğru addım atmışıq, amma qüvvələr nisbəti barədə yalnız sabahkı sıralanma turundan sonra danışmaq olaacq. Əyləclərdə problem yaşadığı üçün Nik bu gün nəzərdə tutulduğundan az məsafə qət edib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*