Belçika Qran Prisi – maşınların çəkisi

FİA Belçika Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına […]

FİA Belçika Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az yanacaqla Rubens Barrikello (Brawn GP) çıxıbmış – braziliyalı sürücü aqresiv strategiya seçib və trasda qısa birinci hissə keçirəcək, peletondan pit-stopa ilk müraciət edən o olacaq. Williams sürücüsü Niko Rosberq ilk onluqda ən ağır maşınla olub və yanacaq doldurmağa sonuncu yollanacaq – əlbəttə, komandaların taktikasına hava şəraiti və Təhlükəsizlik Maşını müdaxilə edə bilər.

Startda ən ağır maşın isə Nikonun komanda yoldaşı Kazuki Nakacimada olacaq, yapon sürücüyə tərkərlər imkan versə, o yarışı bir pit-stopla başa vura bilər…

Maşınların yanacaqla dolu çəkiləri, kq-la (ehtimal olunan ilk pit-stop dövrəsi):
1. C.Fizikella (Force İndia) – 648.0 (11)
2. Y.Trulli (Toyota) – 656.5 (13)
3. N.Haydfeld (BMW Sauber) – 655.0 (13)
4. R.Barrikello (Brawn GP) – 644.5 (10)
5. R.Kubitsa (BMW Sauber) – 649.0 (11)
6. K.Rəykkönen (Ferrari) – 655.0 (13)
7. T.Qlok (Toyota) – 648.5 (11)
8. S.Fettel (Red Bull) – 662.5 (15)
9. M.Uebber (Red Bull) – 658.0 (14)
10. N.Rosberq (Williams) – 670.0 (17)
11. A.Sutil (Force India) – 678.5 (20)
12. L.Həmilton (McLaren) – 693.5 (24)
13. F.Alonso (Renault) – 684.4 (22)
14. C.Batton (Brawn GP) – 694.2 (24)
15. H.Kovalaynen (McLaren) – 697.0 (25)
16. S.Buemi (Toro Rosso) – 685.0 (22)
17. X.Algersuari (Toro Rosso) – 704.5 (28)
18. K.Nakacima (Williams) – 706.1 (29)
19. R.Qrojan (Renault) – 704.7 (28)
20. L.Badoyer (Ferrari) – 691.5 (23)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*