Berni Ekklstoun etiraf edib ki, Ferrari-nin Formula1-dən getmə hədələri onu çox narahat edir. Sabah komandalar məsrəflərin azaldılmasına yönəldilmiş alternativ təklifləri müzakirə edəcəklər və Ekklstoun bildirib ki, hadisələrin inkişafından onun xoşu gəlməyib. O inanmır ki, komandalar mayın 29-na kimi böhrandan çıxış yolu tapa bilərlər, amma hesab edir ki, komandaların şoxu gələn ilin çempionatında iştirak etmək üçün ərizə verməyəcək…
Berni Ekklstoun: “Mən çox narahatam, mən istəmirəm ki, Ferrari getsin. Məncə bunu heç kim istəmir. Baxaq görək nə olacaq, amma çox güman ki, komandaların çoxu vaxtında ərizə verməyəcək.
Formula1-in 60 illik tarixi ərzində çempionatda 70-dən çox komanda çıxış edib, amma yalnız Ferrari stabilliyi ilə fərqlənib və ilk gündən bütün yarışlarda iştirak edib. Ona görə də biz Ferrari-ni itirmək istəmirik. Dününəki məhkəmə isə heç nəyi dəyişmədi. Söhbət ondan gedirdi ki, Ferrari səs hüququndan vaxtında istifadə etməliydi.”