B.Ekklstoun futbol klubunun səhmlərini satmağa hazırdır

Formula1-in kommersiya başçısı Berni Ekklstoun bildirib ki, Londonun Queens Park Rangers futbol klubunun səhmlərinin özünə məxsus olan hissəsini satmaq fikrindədir. […]

Formula1-in kommersiya başçısı Berni Ekklstoun bildirib ki, Londonun Queens Park Rangers futbol klubunun səhmlərinin özünə məxsus olan hissəsini satmaq fikrindədir. Hələ 2007-ci ildə Renault komandasının keçmiş başçısı Flavio Briatore ilə birlikdə Berni bu klubu almışdı, amma indi öz səhm paketindən azad olmağa hazırdır.

The Guardian qəzetinə Berni bildirib ki, əgər bu gün kimsə komandanı alarsa, bu yaxşı alver olacaq, çünki komandanın qiyməti 100 milyon funtdan artıqdır. Keçən il öz səhmlərinin 62%-ni Berniyə satan Flavio da klubun satılmasının əleyhinə deyil. Berninin sözlərinə görə, “klubun satışı ilə məzh Flavio məşğul olacaq, indi hər şey ondan asılıdır.”

Xatırladaq ki, Queens Park Rangers klubu son illər öz sahiblərinə zərər vurur: 2010-cu ildə klubun zərəri 13.7 milyon funt təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*