Formula1-in kommersiya başçısı Berni Ekklstoun Doninqton Parkın sahiblərini xəbərdar edib ki, onlar sentyabrın sonuna qədər avtodromun rekonstruksiyası layihəsinin maliyyə zəmanətini təqdim etməlidirlər. Əks halda tras 2010-cu ildə Böyük Britaniya Qran Prisini qəbul etmək hüququndan mərhum ediləcək…
Berni Ekklstoun: “Doninqtonun sentyabrın sonuna qədər vaxtı var, onlar bank zəmanətini təqdime tməlidirlər, bizim müqaviləməzi məhz bundan asılıdır. Əgər zəmanət təqdim edilməzsə – onda görüşənədək! Mən ümid edirəm ki, onlar hər bir şeyi edəcəklər. Əgər bacarmasalar, onda biz Silverstouna qayıdacayıq.”