B.Ekklstoun Bəhreyn yarışını payızın sonunda keçirmək niyyətindədir

Formula1-in kommersiya başçısı Berni Ekklstoun Bəhreyn Qran Prisini mövsümün sonunda keçirməyi planlaşdırır – yarış Braziliya Qran Prisindən əvvəl baş tuta […]

Formula1-in kommersiya başçısı Berni Ekklstoun Bəhreyn Qran Prisini mövsümün sonunda keçirməyi planlaşdırır – yarış Braziliya Qran Prisindən əvvəl baş tuta bilər. Onun sözlərinə görə, bu barədə son qərar gələn çərşənbə axşamı qəbul olunacaq, amma aydındır ki, bu yarışı avqust ayında kçeirmək fikrindən Berni artıq daşınıb.

Bəhreyn yarışı təqvimə uyğun olaraq gələn həftə keçirilməli idi, amma ölkəni bürümüş siyası iğtişaşlar üzündən Qran Pri təxirə salındı. Keçən həftə Berni BBC-yə müsahibəsində bildirmişid ki, “ümid edirəm ki, tezliklə ölkədə vəziyyət stabilləşəcək və biz yarışı keçirə biləcəyik.”

Gələn həftə, martın 8-də Parisdə FİA-nın avtoidman üzrə Ümumdünya Şurası toplaşacaq və Berni ümid edir ki, iclasda son qərar qəbul ediləcək. Yarışın avqust ayında keçirilməsi ehtimalına gəlincə, Ekklstoun bu variantı tam istisna edib, çünki bu zaman ölkədə çox isti olur – hərçənd, bir neçə gün əvvəl çempionatın rəsmi saytına müsahibəsində bu fikrin tam əksini söyləmişd.

İndi isə Ekklstoundan yarışın təqvimə qayıtmasının reallığı barədə soruşduqda, Berni fikirləşmədən – “tam realdır, axı TV-də çoxdandır Bəhreyni göstərmirlər” – deyib.

Beləliklə, əgər Bəhreyn Qran Prisi noyabrın 20-də təqvimdə yer alarsa, yəni Abu Dabi Qran Prisindən bir həftə sonra, onda çox güman ki, Braziliya Qran Prisi də bir həftə sonraya keçiriləcək.

Berni bir daha qeyd edib ki, Bəhreyn şahzadəsinin yarışı təxirə salmaq qərarı doğru olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*