Bəhreyndə əvvəlkitək narahatlıqdır

Bu gün səhərdən Bəhreyndə iştişaşlar davam edib: polislər üsyankarlara qarşı gözyaşardıcı qazlardan və rezin güllələrdən istifadə ediblər – bu xəbəri […]

Bu gün səhərdən Bəhreyndə iştişaşlar davam edib: polislər üsyankarlara qarşı gözyaşardıcı qazlardan və rezin güllələrdən istifadə ediblər – bu xəbəri AP agentliyi yayıb.

Qeyd edək ki, iki gün əvvəl mart ayından ölkədə tətbiq olunmuş fövqaladə rejim ləğv olunmuşdu. Bu gün Barselonada isə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında Bəhreyn Qran Prisinin taleyi həll olunur: yarış ya tam ləğv olunmalıdır, ya da mövsümün sonunda təqvimə əlavə olunmalıdır.

Britaniyalı jurnalist Adam Kuper Twitter-dəki bloqunda yazıb ki, Ümumdünya Şurasının üzvləri arasında Bəhreynin də nümayəndəsi var, Bəhreyn Avtomobil Federasiyasının sədri, Beynəlxalq kartinq Komissiyasının başçısı Abdullah ibn Xamad ibn İsa əl-Xəlifə həm də Bəhreyn kralının ikinci oğludur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*