Bəhreyn Qran Prisinin əleyhdarları B.Ekklstouna məktub göndəriblər

Bu həftə FİA-nın Bəhreyn Qran Prisi barədə vəziyyətin tənzim olunmasna FİA-nn ayırdığı vaxt başa çatır. Əgər mayın 1-dək məsələnin həlli […]

Bu həftə FİA-nın Bəhreyn Qran Prisi barədə vəziyyətin tənzim olunmasna FİA-nn ayırdığı vaxt başa çatır. Əgər mayın 1-dək məsələnin həlli yolu tapılmasa, yarış təqvimdən çıxarılacaq. Yaxşın Şərqdən olan inqilabçılar məhz bunu istəyirlər.

İndi hazırkı hökumətin əleyhdarları Formula1-in kommersiya başçısı Berni Ekklstounun ünvanına açıq məktub göndəriblər. Məktubda deyilir ki, iğtişaşlar bürümüş ölkədə mərhələnin keçirilməsi qarşıdurmanı daha da gücləndirəcək. Amma müxalifətçilər ümid edirlər ki, tezliklə Formula1 yarışlarını “müstəqil və demokratik Bəhreyndə” yenidən keçirmək mümkün olacaq.

Hələlik çempionat rəhbərliyi məsələyə münasibət bildirməyib. Xatırladaq ki, Bəhreyn Qran Prisi 2004-2010-cu illərdə keçirilib və Manamaya gələn hər bir turist atmosferdən həmişə razı qalıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*