Bəhreyn Qran Prisi: daha bir şans?

Bazar günü FİA-nın Bəhreyn Qran Prisi üçün ayırdığı vaxt başa çatır, mayın 1-də yarışın keçirilməsi barədə son qərar qəbul olunmalıdır, […]

Bazar günü FİA-nın Bəhreyn Qran Prisi üçün ayırdığı vaxt başa çatır, mayın 1-də yarışın keçirilməsi barədə son qərar qəbul olunmalıdır, amma Formula1-in kommersiya başçısı Berni Ekklstoun yarışın təşkilatçılarına əlavə vaxt vermək istəyir.

Bəhreyn yarışı bu il çempionatı açmalı idi, amma kütləvi iğtişaşlar üzündən Qran Pri təxriə salınmışdı. Federasiya təşkilatçılara vəziyyəti hərtərəfli təhlil etməyi və mayın 1-dək 2011-ci ildə yarışın keçirilı bilməsi barədə məulmat verməyi təklif etmişdi.

Ölkədə vəziyyət hələ də gərgindir, vaxt isə başa çatmaq üzrədir, amma Berni bir neçə həftə də gözləməyə hazırdır…

Berni Ekklstoun: “Biz bir az da gözləməliyik ki, vəziyyəti daha yaxşı başa düşək. Hesab edirəm ki, iyunun əvvəlinə qədər gözləyə bilərik.

İki həftəyə çox şey dəyişə bilər, bir aydan sonra isə hər şey sakitləşəcək və tşkilatçılar yarışı keçirməyə şad olacaqlar, biz isə məmnuniyyətləBəhreynə gedəcəyik.”

Ekksltounun sözlərinə görə, o artıq FİA-nın prezidenti Jan Todtla bu məsələni müzakirə edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*