Bəhreyn, McLaren, Mercedes AMG və Formula1-in qarşıdan gələn İPO satışı

Londonun The Times qəzeti xəbər verib ki, Formula One Group şirkətinin direktorlar şurasına Bəhreyn Krallığının hakim sülaləsi əl-Xəlifənin nümayəndəsi daxil […]

Londonun The Times qəzeti xəbər verib ki, Formula One Group şirkətinin direktorlar şurasına Bəhreyn Krallığının hakim sülaləsi əl-Xəlifənin nümayəndəsi daxil ola bilər…

Məlumdur ki, McLaren komandasının səhmlərinin 50%-i Bəhreynin Mumtalakat Holdings fonduna məxsusdur, ona görə də komanda yeni Razılıq Müüqaviləsini imzalayarkən yuxarıdakı təklifi irəli sürüb. Qəzetdə ehtimal olunur ki, Formula One Group-un rəhbərliyinə İPO-dan (səhmlərini birjaya çıxardıqdan) sonra McLaren Group-un sədri Ron Dennis deyil, məhz Bəhreyn şirkətinin iki direktorundan biri keçəcək.

Qəzet həm də bildirib ki, Mercedes AMG komandası Formula1-i tərk edə bilər, çünki Ştutqart konserninin nümayəndələri Ferrari, McLaren və Red Bull-dan fərqli olaraq, Formula1-in dierktorlar şurasına dəvət olunmayıblar.

Britaniyalı jurnalist Co Savar bütün bu versiyalara ciddi yanaşmamağı təklif edir: “Əgər Formula1-ə nəzarət edən CVC Capital Partners fondu direktorlar şurasına Taliban hərəkatının nümayəndəsini daxil etmək istəsə, onu heç kim saxlaya bilməz. Amma bu o demək deyil ki, fond bunu edəcək. Həqiqətən, McLaren komandasının səhmlərinin 50%-i Mumtalakat şirkətinə məxsusdur, amma gəlin yada salaq ki, şirkətin həlledici səsi onun sədrinə məxsusdur.

Mercedes şirkətinin Formula1-dən getməsinə gəlincə, məncə, yalan məlumatdır. Formula One Group hazırda avtokonsernlə razılaşmaq yolları axtarır və heç bir cəhdlə onu Formula1-dən buraxmayacaq, axı Mercedes çempionatdan motorlarını da götürə bilər.

Bunlar hamısı oyundur, Formula1-in gələcəyi barədə danışıqlar başlayanda insanlar bu oyuna başlayırlar…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*