Avstraliyada yarışın start vaxtı dəyişdiriləcək

FİA Avstraliya Qran Prisinin təşkilatçılarına məsləhət görüb ki, 2011-ci ildə yarışı daha erkən vaxtda keçirsinlər. Bir həftə əvvəl federasiyanın texniki […]

FİA Avstraliya Qran Prisinin təşkilatçılarına məsləhət görüb ki, 2011-ci ildə yarışı daha erkən vaxtda keçirsinlər. Bir həftə əvvəl federasiyanın texniki xidmətlərinin nümayəndləri yarışın sonunda işıqlıq dərəcəsini ölçüblər və onun kifayət qədər olmamasını etiraf ediblər.

İki il ardıcıl olaraq sürücülər görmənin zəif olmasından gileylənirdilər, batmaqda olan günəşin iti şüaları onların gözlərini kor edirdi, yarışın finişi isə ala-toranlığıa düşürdü, amma belə bir qərarın kommersiya üstünlüyü vardır – avropalı azarkeşlər canlı yayımları daha rahat vaxtda izləyə bilirlər. Yarışdan sonra təşkilatçılar qrafiki saxlamğa çalışsalar da, gələn il vaxtı dəyişməli olacaqlar.

Hələlik gələn il yarışın nə vaxt başlaması məlum deyil, çox güman ki, start bir saat əvvələ çəkiləcək və 2011-ci ildə yerli vaxtla 17:00-da deyil, 16:00-da (Bakı vaxtılə saat 10:00-da) başlayacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*