Aston Martin də cərimələnib

Aston Martin komandası keçən il büdcə limitini aşdığı üçün 450 min dollar pul cəzası alıb.

F-1.az xatırladır ki, Yaponiya yarışından sonra FİA həm Red Bull-un, həm də Aston Martin-in 2021-ci ildə büdcə limitini aşdığını bildirmişdi.

FİA Red Bull-a 7 milyon dollar pul cəzası və aerodinamik borudakı testlərdə 10 faizlik azalma vermişdi.

Aston Martin və FİA uzun müddət gedən danışqıdan sonra 2021-ci ildə büdcə limirinin prosedurunu pozduğunu qəbul edib. Aston Martin bəzi hesabları səhv aparıb. Nəticədə Aston MArtin-ə 450 min avro pul cəzası verilib. “Yaşıllar” bu cəriməni 30 gün ərzində ödəməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*