Quru. Günəşli, sessiyanın sonu qaranlıq. Havanın temperaturu +30° C, trasın temperaturu +30° C
Sebastyan Fettel Abu Dabiyə Fernando Alonso üzərində 13 xal üstünlüklə gəlib. Sıralanma turunda almaniyalı sürücü üçüncü, ispaniyalı sürücü isə yeddinci olub. Amma finiş xəttini keçdikdən sonra Renault motorçuları Fettelə yanacaq sistemindəki problemlər üzündən maşını saxlamağı əmr ediblər – lakin FİA yanacaq çənindən təftiş üçün lazım olan 1 litr yanacağın əvvəzinə cəmi 0.85 litr maye çəkə bilib.
Uzunmüddətli müzakirələrdən sonra Qran Prinin stüardları Fettelin nəticəsini ləğv ediblər və protokollardan çıxarıblar, amma sürücü starta buraxılıb. Red Bull sürücüsünün maşınını bağlı parkdan götürərək üzərində işləməyi qərara alıb, ona görə də sürücü start düzlüyündən deyil, pit-leyndən start almalı olub. Mexaniklər isə RB8-in ötürmələr qutusunu, ön antiqanadın hücum bucağını və asılqanların konfiqurasiyasını dəyişiblər ki, sürücü asanlıqla hücum edə bilsin.
Dünən poulu Lyuis Həmilton qazanıb, onunla bərabər ilk cərgəyə Mark Uebber çıxıb. Arxada isə Maldonado və Rəykkönen, Batton və Alonso yerləşiblər. Şumaher, Senna və Fettel starta Medium tərkibini, digər sürücülər isə Soft tərkibini seçiblər. Pedro de la Rosa qızdırma dövrəsinə yollana bilmədiyi üçün pit-leyndən start almalı olub.
Startda Həmilton poulun üstünlüyünü qoruyub, Uebber ləngiyib, Rəykkönen və Maldonado onu keçiblər, uzun düzlükdə Alonso da avstraliyalı sürücünü arxada qoyub. Force İndia-nın hər iki sürücüsü, Senna və Peres, Qrojan və Rosberq təmas yaşayıblar, Hülkenberq mübarizəni dayandırıb, Qrojan və di Resta isə boksa yollanıblar və yeni təkər dəsti ilə trasa qayıdıblar. 2-ci dövrədə ilk onluq: Həmilton – Rəykkönen – Maldonado – Alonso – Uebber – Batton – Massa – Kobayaşi – Peres – Şumaher. Fettel 18-ci yerə yüksəlib.
Peleton uzanıb, Həmilton Rəykkönendən uzaqlaşmağa başlayıb. 9-cu dövrədə ciddi qəza baş verib – 17-ci döngədə Rosberq yavaşımış Kartikeyana çırpılıb, sürücülər zədələnməyiblər, trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. TM-in arxasında ilk onluq: Həmilton – Rəykkönen – Maldonado – Alonso – Uebber – Batton – Massa – Peres – Kobayaşi – Şumaher.
Vern, Qrojan və di Resta təkərlərini dəyişiblər. Fettel 12-ci yerə yüksəlib, amma təkərlərini qızdırmaqda olan Rikkardoya çırpılmaqdan qurtulmaq üçün tras kənarındakı plastik lövhəyə çırpılıb. Sebastyan sıradan çıxmış ön antiqanadını dəyişmək üçün boksa yollanıb və sonuncu yerə düşüb.
14-cü dövrədə restart elan olub. Həmilton liderliyini qoruyub və yenidən Rəykkönendən uzaqlaşmağa başlayıb. Fettel trasdan tam çıxmaqla Qrojanı keçib, amma mövqeyini geri qaytarıb və sonra tam qaydalara uyğun ötmə edib.
19-cu dövrədə yarışın lideri Həmiltonun maşınında motor gücünü itirib, Lyuis maşınını təhlükəsizlik zonasında saxlayıb – yarışa Rəykkönen başçılıq edib. Alonso Maldonadonu keçərək 2-ciliyə yüksəlib. 22-ci dövrədə Uebber Maldonadonu keçməyə cəhd edib, maşınlar toqquşublar, Mark yerində fırlanıb, bir neçə yer itirib, amma yarışı davam etdirib. Batton Maldonadonu keçərək 3-cülüyə yüksəlib. Peres də 5-ci yer uğrunda mübarizədə Massanı qabaqlayıb. 24-cü dövrədə ilk onluq: Rəykkönen – Alonso – Batton – Maldonado – Peres – Massa – Uebber – Kobayaşi – Şumaher – Fettel.
25-ci dövrədə Fettel Şumaheri keçib, Kobayaşi isə təkərlərini dəyişib. Uebber Massaya hücum edib, maşınlar toqquşub, Felipe yerində fırlanıb. Massa və Rikkardo boksa yollanıblar.
27-ci dövrədə Şumaher, 28-ci dövrədə Alonso, 29-cu dövrədə Batton və Maldonado, 30-cu dövrədə Peres və Uebber, 31-ci dövrədə isə Rəykkönen yeni təkər dəsti alıblar – finlandiyalı sürücü liderliyini qoruya bilib, rəqiblərinin pit-stopundan istifadə edən Fettel 2-ciliyə yüksəlib. 32-ci dövrədə Senna, 33-cü dövrədə Vern, 37-ci dövrədə Fettel mexaniklərinə qonaq olublar – almaniyalı sürücü trasa 4-cü yerdə qayıdıb.
38-ci dövrədə Qrojan, Peres və di Resta mövqe uğrunda gərgin mübarizə aparıblar, Peres Qrojanı keçib və döngəyə geniş daxil olub, trasa qayıdarkən Romana çırpılıb, arxadan sürətlə gələn Uebber də Romanla toqquşub. Nəticədə Uebber və Qrojan mübarizəni dayandırıblar, di Resta və Peres boksa yollanıblar, trasa ikinci dəfə TM çıxıb. Şumaherin təkəri deşilib, Pik mübarizədən kənar qalıb. Stüardlar isə Peresi insidnetdə günahkar bilərək boksada 10 saniyə gözləməklə cəzalandırıblar. TM-in arxasında ilk onluq: Rəykkönen – Alonso – Batton – Fettel – Maldonado – Kobayaşi – Massa – Senna – Vern – di Resta.
Restartda Rəykkönen liderliyini qoruya bilib, Batton Alonsoya, Fettel isə Batton hücu edib. Alonso təkərlərini qızdırdıqdan sonra Censondan uzaqlaşıb – britaniyalı sürücü 51-ci dövrəyə qədər Fettelin hücumlarına tab gətirib, amma ikiqat dünya çempionu önə keçə bilib.
Son dövrələrdə Alonso Rəykkönenlə fərqi azaltsa da, DRS məsafəsinə yaxınlaşa bilməyib və finladniyalı sürücü mövsümdə 1-ci, karyerasında isə 19-cu qələbəsini qazanıb. Kimi 2012-ci ildə qələbə qazanmış 8-ci sürücü olub. Titul uğrunda mübarizə isə daha da qızışıb – iki həftədən sonra Ostində debüt yarışında hər iki titulun sahibi müəyyən ola bilər…
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | K.Rəykkönen | Lotus | Renault | 1.45:58.667 |
02 | F.Alonso | Ferrari | Ferrari | + 0:00.852 |
03 | S.Fettel | Red Bull | Renault | + 0:04.163 |
04 | C.Batton | McLaren | Mercedes | + 0:07.787 |
05 | P.Maldonado | Williams | Renault | + 0:13.007 |
06 | K.Kobayaşi | Sauber | Ferrari | + 0:20.076 |
07 | F.Massa | Ferrari | Ferrari | + 0:22.896 |
08 | B.Senna | Williams | Renault | + 0:23.542 |
09 | P.di Resta | Force İndia | Mercedes | + 0:24.160 |
10 | D.Rikkardo | Toro Rosso | Ferrari | + 0:27.463 |
11 | M.Şumaher | Mercedes AMG | Mercedes | + 0:28.075 |
12 | J.E.Vern | Toro Rosso | Ferrari | + 0:34.906 |
13 | H.Kovalaynen | Caterham | Renault | + 0:47.764 |
14 | T.Qlok | Marussia | Cosworth | + 0:56.473 |
15 | S.Peres | Sauber | Ferrari | + 0:56.768 |
16 | V.Petrov | Caterham | Renault | + 1:04.595 |
17 | P.de la Rosa | HRT | Cosworth | + 1:11.778 |
– | Ş.Pik | Marussia | Cosworth | – |
– | R.Qrojan | Lotus | Renault | – |
– | M.Uebber | Red Bull | Renault | – |
– | L.Həmilton | McLaren | Mercedes | – |
– | N.Kartikeyan | HRT | Cosworth | – |
– | N.Rosberq | Mercedes AMG | Mercedes | – |
– | N.Hülkenberq | Force İndia | Mercedes | – |
Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:43.964 (54-cü dövrə).
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | S.Fettel | Red Bull | Renault | 255 |
02 | F.Alonso | Ferrari | Ferrari | 245 |
03 | K.Rəykkönen | Lotus | Renault | 198 |
04 | M.Uebber | Red Bull | Renault | 167 |
05 | L.Həmilton | McLaren | Mercedes | 165 |
06 | C.Batton | McLaren | Mercedes | 153 |
07 | F.Massa | Ferrari | Ferrari | 95 |
08 | N.Rosberq | Mercedes AMG | Mercedes | 93 |
09 | R.Qrojan | Lotus | Renault | 90 |
10 | S.Peres | Sauber | Ferrari | 66 |
11 | K.Kobayaşi | Sauber | Ferrari | 58 |
12 | N.Hülkenberq | Force İndia | Mercedes | 49 |
13 | P.di Resta | Force İndia | Mercedes | 46 |
14 | P.Maldonado | Williams | Renault | 43 |
15 | M.Şumaher | Mercedes AMG | Mercedes | 43 |
16 | B.Senna | Williams | Renault | 30 |
17 | J.E.Vern | Toro Rosso | Ferrari | 12 |
18 | D.Rikkardo | Toro Rosso | Ferrari | 10 |
19 | T.Qlok | Marussia | Cosworth | 0 |
20 | H.Kovalaynen | Caterham | Renault | 0 |
21 | V.Petrov | Caterham | Renault | 0 |
22 | J.D’Ambrozio | Lotus | Renault | 0 |
23 | Ş.Pik | Marussia | Cosworth | 0 |
24 | N.Kartikeyan | HRT | Cosworth | 0 |
25 | P.de la Rosa | HRT | Cosworth | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 422 |
02 | Ferrari | Ferrari | 340 |
03 | McLaren | Mercedes | 318 |
04 | Lotus | Renault | 288 |
05 | Mercedes AMG | Mercedes | 136 |
06 | Sauber | Ferrari | 124 |
07 | Force İndia | Mercedes | 95 |
08 | Williams | Renault | 73 |
09 | Toro Rosso | Ferrari | 22 |
10 | Marussia | Cosworth | 0 |
11 | Caterham | Renault | 0 |
12 | HRT | Cosworth | 0 |