Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Abu Dabidə stüardlara kömək etmək üçün FİA Britaniya sürücülər klubunun prezidenti Derek Uoriki dəvət edib.
Derek keçmiş Formula1 sürücüsü və Lə Manın 24 saatı əfsanvi marafonunun qalibidir. Bu həftə Dereklə birlikdə uik-endin mübahisəli insidentlərini FİA-nın avtoidman üzrə Ümumdünya Şurasının üzvü, İsveç federasiyasının fəxri prezidenti Lars Esterlind və Ümumdünya Şurasının üzvü, Çexiya federasiyasının nümayəndəsi Radovan Novak araşdıracaqlar…