Quru. Günəşli. Havanın temperaturu +31°-32° C, trasın temperaturu +41°-47° C
Qızmar günəş altında Abu Dabi trasının asfaltı +47 dərəcəyədək qızıb, ona görə də komandalar sazlanmaların axtarışında çətinliyə düşüblər – sıralanma turu və yarış axşam saatlarında keçəcək, hava isə bu vaxt daha sərin olur.
Dünən sürücülər maşınların davranışından narazı qalmışdılar, mühəndislər toplanmış məlumatları təhlil edərək axşam sazlanmalara düzəlişlər ediblər. Ferrari mexanikləri uik-end ərzində ikinci dəfə “komendant saatı”nı pozmalı olublar – Alonsonun maşını üzərində iş yalnız sessiyanın ortalarında başa çatıb.
Fettel isə boksda daha çox ləngiyib. Sessiyanın əvvəlində bir dövrə vuran almaniyalı sürücü əyləclərdən narazı qalıb və mexaniklər işə başlayıblar. Nəticədə çempionatın lideri yalnız sessiyanın sonunda trasa qayıda bilib.
Sürücülər sessiyaya Medium təkərlərlə başlayıblar, ən yaxşı nəticəni Həmilton göstərib – 1:42.148, sonradan hamı Soft tərkibinə keçib və Lyuis yenə də hamıdan sürətli olub – 1:42.130…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | L.Həmilton | McLaren | Mercedes | 1:42.130 | – | 18 |
02 | C.Batton | McLaren | Mercedes | 1:42.420 | + 0.290 | 17 |
03 | S.Fettel | Red Bull | Renault | 1:42.614 | + 0.484 | 7 |
04 | M.Uebber | Red Bull | Renault | 1:42.743 | + 0.613 | 18 |
05 | N.Hülkenberq | Force İndia | Mercedes | 1:42.750 | + 0.620 | 19 |
06 | R.Qrojan | Lotus | Renault | 1:43.015 | + 0.885 | 18 |
07 | P.Maldonado | Williams | Renault | 1:43.064 | + 0.934 | 19 |
08 | F.Alonso | Ferrari | Ferrari | 1:43.133 | + 1.003 | 15 |
09 | K.Rəykkönen | Lotus | Renault | 1:43.184 | + 1.054 | 22 |
10 | P.di Resta | Force İndia | Mercedes | 1:43.338 | + 1.208 | 19 |
11 | F.Massa | Ferrari | Ferrari | 1:43.480 | + 1.350 | 17 |
12 | S.Peres | Sauber | Ferrari | 1:43.571 | + 1.441 | 20 |
13 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:43.593 | + 1.463 | 20 |
14 | M.Şumaher | Mercedes AMG | Mercedes | 1:43.635 | + 1.505 | 19 |
15 | K.Kobayaşi | Sauber | Ferrari | 1:44.010 | + 1.880 | 22 |
16 | J.E.Vern | Toro Rosso | Ferrari | 1:44.025 | + 1.895 | 18 |
17 | B.Senna | Williams | Renault | 1:44.071 | + 1.941 | 19 |
18 | D.Rikkardo | Toro Rosso | Ferrari | 1:44.149 | + 2.019 | 19 |
19 | H.Kovalaynen | Caterham | Renault | 1:45.301 | + 3.171 | 22 |
20 | T.Qlok | Marussia | Cosworth | 1:45.879 | + 3.749 | 19 |
21 | Ş.Pik | Marussia | Cosworth | 1:46.036 | + 3.906 | 19 |
22 | V.Petrov | Caterham | Renault | 1:46.261 | + 4.131 | 22 |
23 | P.de la Rosa | HRT | Cosworth | 1:46.554 | + 4.424 | 20 |
24 | N.Kartikeyan | HRT | Cosworth | 1:47.032 | + 4.902 | 22 |