FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Yas Marina avtodromunda istifadə zonalarını təyin edib. Keçən il olduğu kimi Abu Dabi Qran Prisi zamanı sürücülər sistemi iki yerdə aktivləşdirə biləcəklər. Birinci ötmə zonası 80 metr uzadıldığı üçün təşkilatçılar və FİA ümid edirlər ki, ötmələrin sayı bu dəfə çox olacaq.
Əgər yeddinci döngənin girişində yerləşdirilmiş maşınlar arsında interval ölçülən nöqtədə interval bir snaiyədən az olarsa, onda arxa antiqanadın hərəkətli elementinin vəziyyətini sonrakı düz uzun yolda dəyişmək mümkün olacaq.
İkinci ötmə zonası da uzaqda deyil – doqquzuncu döngənin çıxışında interval ölçüləcək və onuncu döngədən sonra DRS aktivləşdirmək imkanı əldə olunacaq…