Abu Dabi Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının iştirakçılarının adları açıqlanıb.
Cümə axşamı Censon Batton (McLaren), Felipe Massa (Ferrari), Kamui Kobayaşi (Sauber), Vitaliy Petrov (Caterham), Şarl Pik (Marussia) və Daniel Rikkardo (Toro Rosso) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Ross Braun (Mercedes AMG), Pət Fray (Ferrari), Əndryu Qrin (Force İndia), Antonio Kukerella (HRT) və Remi Taffen (Renault Sport) əvəz edəcəklər.
Şənbə və bazar günləri isə adətən sıralanma turu və yarışın ilk üçlüyünə verilir…